Avropa-Qafqaz-Asiya nәqliyyat dәhlizi ilə 27,2 milyon ton yük daşınıb
Xəbərlər
16 Oktyabr 2020 22:30
Oxunub 1472
2020-ci ilin yanvar-avqust aylarında Avropa-Qafqaz-Asiya nәqliyyat dәhlizinin Azәrbaycan hissәsindә daşınmış yüklәrin hәcmi 27 milyon 170,5 min ton olub.
Dövlət Statistika Komitəsindən əldə edilən məlumata əsasən, yüklәrin 15 milyon 287,4 min tonu vә ya 56,3 faizi avtomobil nәqliyyatı, 8 milyon 554,7 min tonu vә ya 31,5 faizi dәmir yolu nәqliyyatı, 3 milyon 328,4 min tonu vә ya 12,2 faizi dәniz nәqliyyatı ilә daşınıb.
Dәhliz vasitәsilә daşınmış yüklәrin 20,2 faizini vә ya 5 milyon 500 min tonunu tranzit yüklәr tәşkil edib.
Nərminə
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR