Avtomobildə olanlar sel sularının qurbanı oldu - VİDEO
Xəbərlər
25 İyul 2021 10:44
Oxunub 3482

Səudiyyə Ərəbistanında güclü yağışlar nəticəsində meydana gələn sel fəlakəti üç nəfərin həyatına son qoyub.
“İhlas Haber Ajansı” (İHA) məlumat verir ki, minik avtomobilində köməksiz vəziyyətdə qalan üç nəfərin həyatını xilas etmək mümkün olmayıb.
Hadisənin videosu hadisə zamanı orada olan insanlar tərəfindən çəkilib.
Ətrafdakı insanların müdaxiləsinə baxmayaraq avtomobil sel sularına qərq olub, salonda olan sərnişinlər isə təbii fəlakətin qurbanına çevrilib. ///oxu.az
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













