Avtomobildən 124 min pul oğurlayan şəxsi polis saxladı - FOTO - VİDEO
Xəbərlər
28 Fevral 2025 17:53
Oxunub 854

Nərimanov rayonunda talama cinayəti qeydə alınıb. Zərərçəkən paytaxt sakini polisə müraciət edərək gecə saatlarında avtomobilinin yük yerindən *90 min manat və 20 min dollar nağd pul* vəsaitinin oğurlandığını bildirib.
Nərimanov Rayon Polis İdarəsi və 16-cı Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində hadisəni törədən, əvvəllər dəfələrlə məhkum edilmiş 52 yaşlı Fikrət Cəfərov saxlanılıb.
Onun cinayət əməli təhlükəsizlik kameraları vasitəsilə də anbaan lentə alınıb.
Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR
















