Banner

Avtomobilin arxa oturacağından və baqajından 17 nəfər çıxdı – VİDEO

Xəbərlər 15 Mart 2023 17:14 Oxunub 1260
Avtomobilin arxa oturacağından və baqajından 17 nəfər çıxdı – VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Dominikan Respublikasında ölkəyə qeyri-qanuni yollarla daxil olmaq istəyənlərin olduğu avtomobil polis tərəfindən saxlanılıb. Dayandırılan şübhəli avtomobildən çıxanların sayı görənləri şoka salıb. 20-yə yaxın adamın avtomobilin arxa oturacağından və baqajından çıxarıldığı anların görüntüləri sosial şəbəkədə gündəm olub.

Karib dənizinin Hispaniola adasında yerləşən Dominikan Respublikasında baş verən hadisə ağızları açıq qoyub. Yolda olan bir avtomobil Dominikan Respublikası təhlükəsizlik qruplarının diqqətini çəkib.

17 NƏFƏR

Şübhəli maşını təqib edən təhlükəsizlik qüvvələri keçid məntəqəsində saxladıqları avtomobildən düşənlərin sayına təəccüblənib. Avtomobilin arxa oturacağından 1-i uşaq olmaqla 13 nəfər, baqajdan isə 4 nəfər və çantaları çıxarılıb.

Sosial şəbəkədə paylaşılan həmin anlar görənləri heyrətə gətirib.

Turkustan.az

ŞƏRH YAZ
Ad

E-mail

Şərh