Banner

Avtomobillərin avtovağzala girişi və parklanma pulludur - VİDEO

Xəbərlər 25 Dekabr 2021 13:38 Oxunub 1604
Avtomobillərin avtovağzala girişi və parklanma pulludur - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Karantin qaydalarının yumşaldılmasından sonra Bakı Beynəlxalq Avtovağızalı da sərnişinlərinin üzünə açıldı. Paytaxtdan rayonlara və əks istiqamətdə hərəkət edən sərnişinlərin işi xeyli asanlaşdı. Ancaq bu məkana şəxsi avtomobillə daxil olmaq istəyən bəzi sürücülər avtovağzalın fəaliyyətindən narazıdılar. Onlar iddia edirlər ki, vağzal ərazisinə giriş üçün dayanma müddətindən asılı olmayaraq ödəniş tələb edilir. Hansı ki, ilk 15 dəqiqə ərzində burada nəqliyyat vasitəsi saxlamaq ödənişsizdir.

Avtovağzal ərazisinə sifariş etdiyimiz taksi xidmətləri də, əraziyə giriş üçün əlavə 1 manat ödənişin olduğunu dedilər.

Ekspert Ərşad Hüseynov deyir ki, Bakı Beynəlxalq Avtovağzalının ərazisi qapalı parklanma yeri olunduğundan burada qiymətlər rəsmi qaydada tənzimlənmir.

Dövlət avtomobil nəqliyyatı xidmətinin rəsmisi Günay Əliyeva isə səsləndirilən iddiaları əsassız hesab edir. Onun sözlərinə görə, Bakı Beynəlxalq Avtovağzal Kompleksinin ərazisinə giriş-çıxış avtomatlaşdırılmış sistemlə idarə olunur.

Günay Əliyeva parklanma üçün tələb olunan ödənişin Tarif Şurası tərəfindən müəyyən edildiyini bildiirb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh