Nizamidə 5 avtomobilin şüşəsini sındırıb oğurluq edən şəxs tutuldu - FOTO - VİDEO
Xəbərlər
22 Aprel 2022 13:38
Oxunub 1124

Nizami rayonunda avtomobillərin şüşələrini qıraraq oğurluqlar edən şəxs saxlanılıb. Bu barədə Avtosfer.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində əvvəllər məhkum olunmuş Murad Canızadə tutulub. Onun Nizami rayonunda 5 avtomobilin şüşəsini sındıraraq dəyəri 2500 manata yaxın maqnitafon, qızıl-zinət əşyaları, saat, videoqeydiyyatçı və digər əşyalar oğurladığı müəyyən edilib. Murad Canizadənin paytaxtın digər rayonlarında analoji cinayətlər etdiyi istisna olunmur. Onun ətrafında Nizami Rayon Polis İdarəsində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR














