Axtarışda olan 65 nəfər saxlanıldı - KRİMİNAL XRONİKA
Xəbərlər
16 Sentyabr 2022 11:09
Oxunub 1188

Sentyabrın 15-də ölkə ərazisində qeydə alınan 71, əvvəlki dövrlərdən bağlı qalan 17 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Daxili İşlər Nazirliyindən Avtosfer.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 65, o cümlədən borclu şəxs qismində axtarışda olan 43 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb.
Narkotiklərlə əlaqəli 48, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 3 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 65 nəfər saxlanılıb.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













