Ayağını itirmiş qaziyə III qrup əlillik DƏRƏCƏSİ VERİLDİ - RƏSMİ AÇIQLAMA-FOTO

Xəbərlər 13 Fevral 2021 12:41 Oxunub 5410
Ayağını itirmiş qaziyə III qrup əlillik DƏRƏCƏSİ VERİLDİ  - RƏSMİ AÇIQLAMA-FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Vətən Müharibəsi qazisinə III qrup əlillik dərəcəsi verilib.

Avtosfer.az xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat paylaşılıb.
Belə ki, Həsənov Murad Teyyub oğlu Neftçala rayonundan həqiqi hərbi xidmətə çağırılıb. Füzuli rayonu uğrunda gedən döyüşlərdə minaya düşərək bir ayağını itirib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tərkibində fəaliyyət göstərən Tibbi-Sosial Ekspert Komissiyası Vətən Müharibəsi iştirakçısı Həsənov Murad Teyyub oğluna III qrup əlillik dərəcəsi təyin edib.

***
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məsələyə aydınlıq gətirib. Qurumun Mətbuat Xidmətinin rəhbəri Fazil Talıblı “Qafqazinfo”ya açıqlamasında bildirib ki, əlilliyin təyin edilməsi Nazirlər Kabinetinin qəbul etdiyi normalara uyğun həyata keçirilir:

“Nazirlər Kabinetinin qərarına əsasən, vətəndaşın amputasiya olunmuş ayağı dizdən aşağıdırsa, 3-cü qrup, dizdən yuxarıdırsa, 2-ci qrup, hər iki ayağı amputasiya olunubsa, 1-ci qrup əlil sayılır. Bu baxımdan vətəndaş Murad Həsənovla bağlı əlilliyin təyin edilməsi tam qanunidir”.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh