Taksi şirkətindən sərxoş olan “ayıq sürücü” ilə bağlı AÇIQLAMA - VİDEO - YENİLƏNİB

Taksi şirkətindən çağırılan ayıq sürücünün sərxoş olması ilə bağlı açıqlama verilib.
Vətəndaş Tural Hüseynov bildirib ki, sürücünün içkili olması səbəbi ilə Dövlət Yol Polisi əməkdaşları tərəfindən avtomobil duracağa aparılıb.
Paytaxt sakini qeyd edib ki, hazırda avtomobilə tətbiq edilən cərimənin üzərinə hər gün faiz gəlir.
Məsələ ilə bağlı sözügedən taksi şirkətindən bildirilib ki, müştərini aparan sürücü həmin şirkətdə xidmət göstərmir.
Belə ki, şirkətin müştəriyə təyin etdiyi sürücü Samir Kərimov adlı şəxs, iyun ayının 22-si işləmək üçün yerinə Fərid adlı dostunu göndərib.
“Avtomobilə yazılmış cərimənin məsuliyyəti Samir Kərimovun üzərinə düşür. Onunla isə əlaqə saxlaya bilmirik. Qayda pozan sürücünün məlumatları mövcud olsa da, avtomobil sahibi bunu qəbul etmir”, - deyə şirkətin nümayəndəsi bildirib.
Ətraflı süjetdə:
***
Vətəndaşın çağırdığı ayıq sürücü sərxoş çıxıb.
Bu barədə məlumat sosial şəbəkələrdə paylaşılıb. Belə ki, vətəndaş içkili sükan arxasına keçmək istəmədiyi üçün ayıq sürücü çağırıb. Gələn ayıq sürücü isə spirtli içki qəbul etdiyindən yolda yol polis tərəfindən saxlanılıb.
Sürücüyə protokol tərtib edilib və buraxılıb, vətəndaşın nəqliyyat vasitəsi isə cərimə meydançasına aparılıb.
oxu.az
Niyaməddin Musayevin qızı polkovnik imiş, uzun müddət RƏİS İŞLƏYİB
Bəzi ərazilərdə velosiped zolaqları ləğv edilsin - TƏKLİF
Metronun "Memar Əcəmi" stansiyasının girişində təhlükəli vəziyyət yaranıb? - RƏSMİ AÇIQLAMA
Müslümovla Hacıyevin əmlakları satışda - 350 minlik mənzil, avtomobillər… - FOTO
Həbs edilib azadlığa buraxılan məmurun milyonluq əmlakları satışa çıxarılır - ŞOK SİYAHI
Dörd ay əvvəl tutulan şirkət rəhbəri həbsdən buraxıldı - FOTO
“İnanın mənə, bu, xoş hissdir” - Prezident sülhdən danışdı
Prezident Davosda “Euronews”a müsahibə verdi - FOTOLAR - YENİLƏNİB
Fidan Azərbaycanla bağlı sevindirici xəbəri açıqladı
Bakıda piyada zonaları ilə bağlı VACİB MƏQAM - "Bunu etməsələr, effekt verməyəcək" - FOTO
Bakının bu rayonlarında söküntü planlaşdırılır - VİDEO











