AYNA-dan tərəzilər vasitəsilə cərimələnənlər barədə YENİ AÇIQLAMA

"Yol yatağının, yol qurğularının və digər infrastruktur elementlərinin qorunması, yolların istismar müddətinin uzadılması və təhlükəsizlik məqsədilə magistral yollarda bu günə kimi 11 yerdə 16 elektron tərəzi quraşdırılıb".
Avtosfer.az xəbər verir ki, bu barədə BAKU.WS-in sorğususna cavab olaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.
"Bu prosesə nəzarətin artırılması nəticəsində normadan artıq yüklənən nəqliyyat vasitələri, demək olar ki, yollarda hərəkət etmir, bununla da yol səthi mühafizə olunur. Yazılan cərimələr isə tərəzidən keçən yük nəqliyyat vasitələrinin sayının çox kiçik bir hissəsini təşkil edir. Belə ki, magistral yollarda quraşdırılan tərəzilərdən gün ərzində ortalama 13.000-dən çox yük nəqliyyat vasitəsi keçir. Onlardan 1%-dən də az bir qismi cərimələnir.
Tərəzilər vasitəsilə cərimələnənlər AYNA-da qəbul olunub. Hər birinin şikayəti fərdi qaydada qeydə alınıb. Özlərinin razılığı ilə məsələ detallı araşdırılacaq və qısa zamanda qərar veriləcək.
Qeyd edək ki, sürücü davranışları da elektron tərəzilərin ölçmə dəqiqliyinə təsir edir. Belə ki, tərəzi üzərində tormozlama, sürətlənmə, qəfil sükan çevirmə və ya manevretmə, yükün düzgün yerləşdirilməməsi, bərkidilməməsi kimi amilləri ölçmə dəqiqliyinə təsir edir və nəticə etibarı ilə cərimələnməyə səbəb ola bilir.
Onu da qeyd edək ki, ölkə ərazisindən il ərzində 370 mindən çox beynəlxalq daşıyıcı tranzit keçir və onlar çox nadir hallarda cəriməyə düşür. Belə ki, beynəlxalq yükdaşımalar təcrübəsinə əsasən nəqliyyat vasitəsinə 20-21 ton yük vurulur. Lakin ölkədaxili yük daşımalarında hələ də bəzi daşıyıcılar tərəzidən 26-27 ton yük vurulduğu üçün elektron tərəzilərdə qayda pozuntuların qeydə alınması halları olur. Bununla paralel, öncə qeyd etdiyimiz kimi, yol səthinin dağılması, avtomobilin təhlükəli idarəetmə problemləri də ortaya çıxır",-deyə məlumatda qeyd olunub.
Fuad Nəcəfli istintaqa cəlb edildi
Prezidentdən Naxçıvanla bağlı SƏRƏNCAM: Bir neçə quruma göstəriş verildi
Bakıda limuzinlər üçün parklanma problemi: Ödəniş necə hesablanmalıdır? - FOTO
Prezident fərman imzaladı: Bu qurumlar birləşdirilir – TAM SİYAHI
Hikmət Hacıyev: Vardanyanla bağlı məhkəmə qərarı 30 illik münaqişənin məntiqi yekunudur
Restoranlar müştərilərin telefonlarının şarj edilməsinə görə ödəniş istəyir? - VİDEO
Aeroport yolunda yeni nəzarət sistemi qurulur - Hərəkət məhdudlaşdırılacaq - VİDEO
Naxçıvandan TRIPP marşrutuna qoşulacaq dəmir yollarında görülən işlərin SON GÖRÜNTÜLƏRİ - VİDEO
"İdrak" liseyində şagirdi tərəfindən güllələnən müəllimədən XƏBƏR VAR
İki icra başçısı cəzalandırıldı; birinə töhmət, birinə xəbərdarlıq
General-leytenant komandan da vəzifəsindən gedir








