Banner

Ayrılığa dözə bilmədi: sevgilisinin avtomobilini yandırdı - VİDEO

Xəbərlər 21 İyun 2023 12:00 Oxunub 1566
Ayrılığa dözə bilmədi:  sevgilisinin avtomobilini yandırdı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Ayrılığa döz bilməyən şəxs sevgilisinin avtomobilini yandırıb. Avtosfer.az xəbər verir ki, hadisə Türkiyənin İstanbul şəhərində baş verib. 
Məlumata görə, Berk adlı şəxs ondan ayrılan sevgilisinin evinin qarşısına gəlib. Sonra isə o, sevgilisinə məxsus park edilimiş lüks avtomobilinin yan şüşəsini qıraraq salona benzin tökərək yandırıb. 
Bundan xəbər tutan sakinlər özləri yanan avtomobili söndürmək istəsələr də, buna nail ola bilməyiblər. Sakinlər daha sonra yanğınsöndürmə briqadasına və polis əməkdaşlarına məlumat veriblər. Yanğın qısa müddət ərzində söndürülüb. 
Polis zərərçəkən qızı sorğu-sual etdikdən sonra ətrafdakı kameralarıda izləyib və aparılan axtarış-əməliyyat tədbirləri nəticəsində başqa cinayətlərdə də əli olduğu müəyyən edilən Berk və onun 4 “dostu” həbs edilib. 

Namiq

ŞƏRH YAZ
Ad

E-mail

Şərh