"Azadlıqdan məhrum olunan fermerin ailə üzvlərinin iddiaları əsassızdır" - DİN

Törətdiyi cinayət əməllərinə görə məhkəmə qərarı ilə 11 il 6 ay azadlıqdan məhrum olunan qubalı fermer kimi təqdim olunan Rəşid Məmmədovun cinayət işi üzrə ailə üzvlərinin iddiaları yayılıb.
Avtosfer.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Quba rayon sakini, əvvəllər xuliqanlıq, qəsdən sağlamlığa zərər vurma maddələri ilə məhkum edilən Rəşid Məmmədovun qanunsuz əməllərindən zərər çəkmiş vətəndaşlar tərəfindən daxil olan çoxsaylı şikayətlər əsasında DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində cinayət işi başlanılaraq istintaq hərəkətləri aparılıb.
İstintaqla müəyyən olunub ki, 43 yaşlı R.Məmmədov müxtəlif vaxtlarda ayrı-ayrı vətəndaşların 68.000 manat, 34.000 manat, 10.000 manat, 11.900 manat, 13.090 manat, 23.800 manat və 7.500 manat məbləğində pul vəsaitlərini özlərinin və ya ailə üzvlərinin şəxsiyyətləri üzərində zor göstərəcəyi və ya əmlaklarını məhv edəcəyi ilə hədə-qorxu gəlməklə ələ keçirib. Onun qanunsuz əməlləri istintaqla təkzibolunmaz dəlillərlə sübuta yetirilib.
R.Məmmədova zərər çəkmiş şəxslərin pulunu hədə-qorxu ilə tələb etməsi faktları üzrə ittiham elan edilərək cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Törətdiyi qanunsuz əməllərə görə məhkum edilən R.Məmmədovun ailə üzvlərinin həqiqətə uyğun olmayan iddiaları tam əsassızdır, barəsində olan ittihamlardan yayınmaq məqsədindən irəli gəlir, qərəzlidir, həqiqəti əks etdirmir.
Fuad Nəcəfli istintaqa cəlb edildi
Prezidentdən Naxçıvanla bağlı SƏRƏNCAM: Bir neçə quruma göstəriş verildi
Bakıda limuzinlər üçün parklanma problemi: Ödəniş necə hesablanmalıdır? - FOTO
Prezident fərman imzaladı: Bu qurumlar birləşdirilir – TAM SİYAHI
Hikmət Hacıyev: Vardanyanla bağlı məhkəmə qərarı 30 illik münaqişənin məntiqi yekunudur
Restoranlar müştərilərin telefonlarının şarj edilməsinə görə ödəniş istəyir? - VİDEO
Aeroport yolunda yeni nəzarət sistemi qurulur - Hərəkət məhdudlaşdırılacaq - VİDEO
Naxçıvandan TRIPP marşrutuna qoşulacaq dəmir yollarında görülən işlərin SON GÖRÜNTÜLƏRİ - VİDEO
"İdrak" liseyində şagirdi tərəfindən güllələnən müəllimədən XƏBƏR VAR
İki icra başçısı cəzalandırıldı; birinə töhmət, birinə xəbərdarlıq
General-leytenant komandan da vəzifəsindən gedir








