Banner

AZAL: Bakı-İstanbul uçuşları qrafikə uyğun aparılacaq

Xəbərlər 17 Noyabr 2023 20:55
AZAL:  Bakı-İstanbul uçuşları qrafikə uyğun aparılacaq
WhatsApp kanalımıza abunə ola bilərsiniz

“Azərbaycan Hava Yolları”nın (AZAL) Bakıdan İstanbula uçuşlarında dəyişiklik edilməyib.

Bu barədə AZAL-dan bildirilib.

Qeyd edilib ki, aviaşirkətin Bakı-İstanbul-Bakı marşrutu üzrə şənbə və bazar gününə planlaşdırılan bütün reysləri müəyyən olunmuş cədvələ uyğun olaraq yerinə yetiriləcək.

Xatırladaq ki, bundan əvvəl Türk Hava Yolları İstanbulda sabaha nəzərdə tutulan 40 təyyarə reysini əlverişsiz hava şəraiti ilə əlaqədar ləğv etdiyini açıqlayıb. (apa)

Oxunub 728
ŞƏRH YAZ
Ad

E-mail

Şərh