AZAL-ın təyyarəsi ilə bağlı YENİ GÖRÜNTÜLƏR - "Danışan Hökümə Əliyevadır" - VİDEO

Ötən il Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayan “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus təyyarənin içindən yeni görüntülər yayılıb.
Avtosfer.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb.
Görüntüləri paylaşan şəxs bildirib ki, kadrlar qəzadan əvvəl atası tərəfindən çəkilib. O, həmin telefonu dünən götürdüyünü deyib.
Görüntülərdə sərnişinlərin yerlərinə əyləşdiyi, həmçinin Milli Qəhrəman Hökümə Əliyevanın onları salamlaması və lazımi təlimatları verməsi öz əksini tapıb.
Qeyd edək ki, dekabrın 25-də Bakıdan Qroznıya uçan AZAL-a məxsus “Embraer” təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində 38 nəfər ölüb, 29 nəfər yaralanıb. Hadisə ilə bağlı Azərbaycanda dekabrın 26-sı matəm günü elan edilib.
Həmin kadrları təqdim edirik:
Fidan Azərbaycanla bağlı sevindirici xəbəri açıqladı
Bakıda piyada zonaları ilə bağlı VACİB MƏQAM - "Bunu etməsələr, effekt verməyəcək" - FOTO
Bakının bu rayonlarında söküntü planlaşdırılır - VİDEO
Prezident bu məmuru yüksək vəzifədən azad etdi - SƏRƏNCAM - FOTO
Azərbaycanda 6 gün qar yağacaq - XƏBƏRDARLIQ
İlham Əliyev Şuşa ilə bağlı qanunu imzaladı
"ADY" ötən il 400-ə yaxın blok-qatar qəbul etdi - FOTO - VİDEO
Azərbaycanın şimal-qərb bölgəsinə güclü qar yağır - VİDEO
Quba-Qusar yolunda son vəziyyət necədir? - VİDEO
Bu avtobuslarda gediş haqqı bahalaşdı - Sərnişinlərin DİQQƏTİNƏ!
Prezident müşavirə keçirdi - TAM MƏTN - FOTO - YENİLƏNİB











