AZAL təyyarənin geri qayıtmasının səbəbini açıqladı - RƏSMİ
Xəbərlər
27 Dekabr 2024 12:44
Oxunub 338
“Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinin J2-8717 nömrəli Bakı-Mineralnıye Vodı reysini yerinə yetirən təyyarəsinin kapitanı havaya qalxandan və Mahaçqala üzərində hava məkanının bağlı olması barədə NOTAM (uçuş məlumatı) bildirişi alandan dərhal sonra Bakı hava məkanından çıxmadan geri qayıdıb.
Avtosfer.az xəbər verir ki, bu barədə AZAL-ın Mətbuat xidmətinin məlumatında deyilir.
Bildirilir ki, təyyarə yerli vaxtla saat 10:13-də Heydər Əliyev Beynəlxalq Aeroportuna uğurla eniş edib.
Rusiya istiqamətində uçuşlarla bağlı yaxın zamanda ümumi məlumat açıqlanacaq.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR