Banner

AZAL bu istiqamətlərə uçuşları ləğv etdi - YENİLƏNİB

Xəbərlər 13 İyun 2025 15:06 Oxunub 610
AZAL bu istiqamətlərə uçuşları ləğv etdi - YENİLƏNİB
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Yaxın Şərqdə baş verən son hadisələr və bir sıra ölkələrin hava məkanlarının təhlükəsizlik səbəbindən bağlanması ilə əlaqədar Azərbaycan Hava Yolları aviaşirkətinin 13 iyun 2025-ci il tarixinə planlaşdırılan bəzi reysləri ləğv edilib.

Avtosfer.az xəbər verir ki, bu barədə AZAL məlumat yayıb.

Həmin reyslər aşağıdakılardır:


    •    Bakı-Lahor-Bakı
J2 145/146
    •    Bakı-Mumbai-Bakı
J2 059/060
    •    Bakı-Dammam-Bakı
J2 8205/8206

AZAL uçuşların təhlükəsizliyini əsas götürərək vəziyyəti daim nəzarətdə saxlayır və sərnişinləri hər hansı yenilik barədə operativ şəkildə məlumatlandıracaq.

Əlavə suallar yaranarsa, sərnişinlər [email protected] elektron poçt ünvanı vasitəsilə aviaşirkətə müraciət edə bilərlər.

***09:07

Yaxın Şərqdə baş verən son hadisələr və ölkələrin hava məkanlarının təhlükəsizlik səbəbindən bağlanması ilə əlaqədar, “Azərbaycan Hava Yolları” aviaşirkətinin 13 və 14 iyun 2025-ci il tarixlərinə nəzərdə tutulan bəzi reysləri ləğv edilib.

Bu barədə Avtosfer.az-a Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat xidmətindən məlumat verilib.

Məlumata əsasən

Bakı – Təl-Əviv – Bakı

J2 021/022 (13 iyun)

J2 321/322 (13 iyun)

J2 021/022 (14 iyun)

Bakı – Dubay – Bakı

J2 011/012 (13 iyun)

Bakı – Tehran – Bakı

J2 8017/8018 (13 iyun) reysləri ləğv edilib

Qeyd olunub ki, uçuşların təhlükəsizliyi AZAL üçün bir nömrəli prioritetdir. Əlavə məlumat üçün sərnişinlər aviaşirkətin Çağrı Mərkəzinə [email protected] elektron poçt ünvanı vasitəsilə müraciət edə bilərlər.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh