Banner

Azarkeşlər futbolçulara meydanda “atəş” açdı - VİDEO

Xəbərlər 6 Noyabr 2021 23:47 Oxunub 768
Azarkeşlər futbolçulara meydanda “atəş” açdı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

İrlandiya çempionatında "Uoterford" - "Şemrok Rovers" oyunu az qalsın ki, faciə ilə bitəcəkdi.

Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, meydanda baş verən hər şey qonaq komandanın azarkeşlərinə görə olub. 

Oyun zamanı azarkeşlər tribunalarda atəşfəşanlıq etməyə başlayıblar. Onlardan biri fişəngi birbaşa meydana atıb."Uoterford"in yarımmüdafiəçisi Entoni Ourdsuort üzünü tutub və yuxarıdan düşən qığılcımlardan xəsarət aldığından oyunu davam etdirə bilməyib.

Hakim oyunu dayandırıb və komandaları meydandan çıxarıb. Görüş təxminən 10 dəqiqə sonra davam etdirilib və “Şemrok Rovers"in 3:1 hesablı qələbəsi ilə başa çatıb. 
 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh