Azay Quliyev: “İrəvanda Azərbaycan nümayəndə heyətinin təhlükəsizliyinin təmin olunacağına inanmırıq”

“Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyəti payız sessiyasının İrəvanda keçiriləcəyi təqdirdə üzvlərinin təhlükəsizliyinin təmin olunacağına şübhə ilə yanaşır”.
Bunu Azərbaycanın ATƏT Parlament Assambleyasındakı (PA) nümayəndə heyətinin rəhbəri Azay Quliyev ATƏT PA-nın Daimi Komitəsinin Vankuverdə keçirilən iclasında payız sessiyasının İrəvanda keçirilməsi təklifinin müzakirəsi zamanı bildirib.
Azərbaycan nümayəndə heyətinin rəhbəri bu il aprelin 14-də İrəvanda ağır atletika üzrə Avropa çempionatının açılışında Ermənistanın baş naziri Nikol Paşinyanın da tamaşaçılar arasında olduğu zaman Azərbaycan bayrağının yandırılması hadisəsindən danışıb.
“Beynəlxalq təzyiqlərlə üzləşən Ermənistan təqsirkarı saxlayıb, lakin həmin şəxs heç bir ittiham irəli sürülmədən dərhal azadlığa buraxılıb. Ən pis məqam odur ki, cəmiyyət o şəxsi qəhrəman elan edib. Bu hadisə ucbatından Azərbaycan idmançıları yarışlara qatılmadan ölkəni tərk etməyə məcbur oldular”, - o vurğulayıb.
A.Quliyev ATƏT-i sessiyanın İrəvanda keçiriləcəyi təqdirdə Azərbaycan nümayəndə heyətinin təhlükəsizliyinin tam təmininə əmin olmağa çağırıb: “Ümid edirəm ki, qərar qəbul edilməzdən əvvəl bütün bu məsələlər diqqətlə nəzərdən keçiriləcək”.
Xatırladaq ki, dünən Kanadanın Vankuver şəhərində ATƏT Parlament Assambleyasının iyulun 4-dək davam edəcək 30-cu illik sessiyası işə başlayıb. İclasda Milli Məclisin deputatları Azay Quliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin üzvləri Tahir Mirkişili, Ağalar Vəliyev və Tural Gəncəliyev iştirak edirlər. (report)
Sabah görünüş məsafəsi məhdudlaşacaq
Niyaməddin Musayevin qızı polkovnik imiş, uzun müddət RƏİS İŞLƏYİB
Bəzi ərazilərdə velosiped zolaqları ləğv edilsin - TƏKLİF
Metronun "Memar Əcəmi" stansiyasının girişində təhlükəli vəziyyət yaranıb? - RƏSMİ AÇIQLAMA
Müslümovla Hacıyevin əmlakları satışda - 350 minlik mənzil, avtomobillər… - FOTO
Həbs edilib azadlığa buraxılan məmurun milyonluq əmlakları satışa çıxarılır - ŞOK SİYAHI
Dörd ay əvvəl tutulan şirkət rəhbəri həbsdən buraxıldı - FOTO
“İnanın mənə, bu, xoş hissdir” - Prezident sülhdən danışdı
Prezident Davosda “Euronews”a müsahibə verdi - FOTOLAR - YENİLƏNİB
Fidan Azərbaycanla bağlı sevindirici xəbəri açıqladı
Bakıda piyada zonaları ilə bağlı VACİB MƏQAM - "Bunu etməsələr, effekt verməyəcək" - FOTO











