“Azər əməliyyatından könüllü imtina edib” - RƏSMİ

Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi iki gün əvvəl vəfat edən aktyor Azər Baxşəliyevin mərkəzdən imtina alması ilə bağlı məsələyə aydınlıq gətirib.
Bu barədə Mərkəzdən məlumat verilib.
Bildirilib ki, aktyor Azər Elxan oğlu Baxşəliyev 20.02.2024-cü il tarixində Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinə böyrək çatışmazlığı ilə əlaqədar qeydiyyata düşüb: “2024-cü ilin oktyabrın 3-ü qohum olmayan canlı donorla müraciət edib və sənədlərin yığılması üçün məktub göndərilib. 16.10.2024-cü il tarixdə xəstəxana sənədləri ODTKM daxil olub. 31.10.2024-cü il tarixdə Etika Komissiyasına sənədləri göndərilib. Lakin Etika Komissiyasından Azər Baxşəliyevin transplantasiya əməliyyatı olunmaqdan könüllü surətdə imtina etdiyi qərarı gəlib”.
Qeyd edək ki, aparıcı İlkin Həsəni mərhum həmkarı Azər Baxşəliyevin son məqamda imtina cavabı aldığını bildirmişdi: “Analizlər götürüldü, sənədləşmə gedirdi. Hər dəfə biz soruşanda da deyirdi ki, gələn ay cavab deyəcəklər. Bu proses səhv etmirəmsə, noyabrın sonuna qədər uzandı. Sonuncu məqamda hansısa bir problem çıxdı və Azərə imtina cavabı gəldi. Bir az da bu olay Azəri çökdürdü”.
Xatırladaq ki, A. Baxşəliyev böyrək çatışmazlığından əziyyət çəkirdi. Yanvarın 1-də xəstəxanaya koma vəziyyətində daxil olan aktyorun ürəyi dayanıb, yanvarın 5-də vəfat edib.
(qafqazinfo)
Ermənistana göndərilən Rusiya taxılı Biləcəridən yola salınıb - FOTO - YENİLƏNİB
5 milyona görə Vasif Talıbovu günahlandırır - Bu məmurların da adı keçir
Dövlən Agentliyi MAXE qəbulu başladı - Yaş və boy bu qədər olmalıdır
Prezident yeni qanun imzaladı - Xərclər qismən geri ödəniləcək
Azərbaycanda utilizasiya olunan köhnə maşınların sayı açıqlandı
İlham Əliyev Sərəncam İMZALADI
Baş nazir xüsusi karantin rejimi ilə bağlı QƏRAR VERDİ
Prezident Agentliyin hərbi qulluqçularını TƏLTİF ETDİ - SİYAHI
Yollarda görünüş məhdudlaşacaq
Yollarda duman var - Sürücülərin nəzərinə!
İlqar Hacıyevin Bakıdakı əmlakları müsadirə edildi - Siyahı










