Azərbaycan Ermənistanın təxribatlarına sərt cavab verə bilər - VİDEO

Son günlər Azərbaycan-Ermənistan sərhədində, həmçinin Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi ərazilərdə ermənilər təxribatlara əl atırlar. Hətta iriçaplı silahlardan da istifadə edən qarşı tərəf hər dəfə cavab atəşi ilə susdurulsa da, ölkəmiz bu kimi addımlara uzun müddət səbr etməcəyəcək.
Hərbi ekspert Ədalət Verdiyevin fikrincə, bu cür təxribatlarla bağlı təcrübə göstərir ki, qarşı tərərfin susdurulması üçün növbəti əməliyyat gerçəkləşdirilə bilər. Sərhəddə və qanunsuz erməni silahlı birləşmələrinin olduğu ərazilərdə törədilən təxribatlar Paşinyan hakimiyyətinin son günlər yekun sülh sazişi haqqında bəyanatlarının verilməsi fonunda baş verir. Bu təxribatlar isə qarşı tərəfin sülh ilə bağlı əvvəlki dönəmlərlə müqayisədə daha müsbət istiqamətdə danışmasının qeyri-səmimi olduğunu göstərir. Belə təxribatların arxasında Ermənistanın uzunmüddətli məqsədi dayanmasa da, erməni xisləti mühüm rol oynayır. Həm də son təxribatlarda separatçılar daha çox fəallıq nümayiş etdirirlər. Qeyd edək ki, 2020-ci ilin 10 noyabr tarixində 44 günlük Vətən müharibəsinin sonunda Ermənistanın baş naziri kapituliyasiya aktına imza atıb. İmzalanan bəyanata əsasən, erməni silahlı birləşmələri Azərbaycan ərazisini tərk etməlidir. Bəyanatın bir çox müddəalarını hələ də icra etməyən Ermənistan tərəfi ara-sıra sərhəddə və ermənilərin yaşadıqları ərazilərdə təxribatlara əl atır.













