Banner

Azərbaycan, İran və Rusiya arasında yükdaşımaları sahəsində problemlərin həlli istiqamətində atılacaq addımlar açıqlandı

Xəbərlər 14 Oktyabr 2025 16:41 Oxunub 344
Azərbaycan, İran və Rusiya arasında yükdaşımaları sahəsində problemlərin həlli istiqamətində atılacaq addımlar açıqlandı
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Daşıyıcıların qarşılaşdığı problemlərin həlli üçün Bakıda keçirilən görüşdə Azərbaycan, İran və Rusiyanın gömrük, sərhəd və nəqliyyat qurumlarının nümayəndələrindən ibarət avtomobil daşımaları üzrə xüsusi işçi qrupu yaradılıb.

Avtosfer.az APA-ya istinadən xəbər verir ki, bunu baş nazirin müavini Şahin Mustafayev deyib.

Şahin Mustafayev bildirib ki, Azərbaycan tərəfi Astaraçay yeni avtomobil körpüsünün tikintisini başa çatdırıb, həm də müvəqqəti sərhəd keçid məntəqəsinin fəaliyyəti təmin olunub:

"İran tərəfindən bu işlər bir az yubanır. İran tərəfi əmin edib ki, gələn ilin Novruz bayramınadək bu işlər başa çatacaq. İndiki gündəlik 100-150 yük avtomobili keçirən sərhəd keçid məntəqəsi və avtomobil körpüsü 1000 maşınadək keçidi təmin edəcək. İndi böyük tıxaclar var. Bu körpünün tikintisi bitsə, bu tıxaclar aradan qalxacaq".

Baş nazirin müavini qeyd edib ki, avtomobil yolları və daşıyıcılarının rastlaşdığı bəzi problemlərin həlli üçün də üçtərəfli işçi qrupunun yaradılması haqqında razılıq əldə edilib:

"Bu işçi qrupu tıxaclar, tıxacların yaranma səbəbləri, əgər varsa, süni əngəllərin aradan qaldırılması istiqamətində fəaliyyət göstərəcək".

ŞƏRH YAZ
Ad

E-mail

Şərh