Azərbaycan İrana növbəti dəfə humanitar yardım göndərir - YENİLƏNİB

Xəbərlər 18 Mart 2026 09:54
Azərbaycan İrana növbəti dəfə humanitar yardım göndərir   - YENİLƏNİB
WhatsApp kanalımıza abunə ola bilərsiniz

İran xalqının hazırkı ehtiyaclarının təmin edilməsi məqsədilə 2026-cı il 18 mart tarixində Azərbaycan İrana növbəti humanitar yardımı göndərib.

Avtosfer.az xəbər verir ki, bu humanitar yardıma 76 ton ərzaq və qida məhsulları, 4 ton həcmində dərman vasitələri və 2 ton isə tibbi ləvazimatlar daxildir.

***09:09

Prezident İlham Əliyev və İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian arasında 2026-cı il 8 mart tarixində baş tutmuş telefon danışığına əsasən, qonşu və dost İran xalqının hazırkı ehtiyaclarının təmin edilməsi məqsədilə 2026-cı il 18 mart tarixində İrana növbəti humanitar yardım yola salınır.

Avtosfer.az Apa-ya istinadən xəbər verir ki, İran İslam Respublikasına göndərilən humanitar yardıma ümumi həcmi 82 ton olan müxtəlif adda ərzaq məhsulları, dərman vasitələri və tibbi ləvazimatlar daxildir. Bundan 76 ton ərzaq və qida məhsulları, 4 ton həcmində dərman vasitələri və 2 ton həcmində isə tibbi ləvazimatlar daxildir.

Humanitar yardımın 5 yük avtomobili (TIR) vasitəsilə göndərilir.

Humanitar yardımın Novruz bayramı ərəfəsində göndərilməsi nəzərə alınaraq, yük avtomobillərinə müvafiq Novruz sovqatı və bayram məhsulları da əlavə olunub.

 

Oxunub : 376
ŞƏRH YAZ
Ad

E-mail

Şərh