Banner

Azərbaycan ordusu "Smerç"ləri işə saldı - VİDEO

Xəbərlər 23 Avqust 2024 12:24 Oxunub 580
Azərbaycan ordusu "Smerç"ləri işə saldı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Azərbaycan Ordusunun Raket və Artilleriya Qoşunlarının “Smerç” yaylım atəşli reaktiv sistemli bölmələri ilə döyüş hazırlığı məşğələləri keçirilir.

Bu barədə Avtosfer.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, həyəcan siqnalı ilə qaldırılan bölmələr atəş mövqelərinin dəyişilməsi və döyüş zamanı şərti düşmən hədəflərinin koordinatlarının müəyyənləşdirilərək məhv edilməsi üzrə təlim tapşırıqlarını yerinə yetiriblər:

"Bölmələrin döyüş hazırlığı səviyyəsinin yüksəldilməsi məqsədilə keçirilən məşğələlərdə hərbi qulluqçular yüksək peşəkarlıq nümayiş etdiriblər".

 

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh