Banner

Azərbaycan Ordusunun hərbi hissəsində təlim toplanış keçirilib - VİDEO

Xəbərlər 11 İyul 2023 11:05 Oxunub 798
Azərbaycan Ordusunun hərbi hissəsində təlim toplanış keçirilib  - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

2023-cü il üçün hazırlıq planına uyğun olaraq N hərbi hissəsində tabor, divizion komandirləri və onların müavinləri ilə təlim-metodiki toplanış keçirilib.

Bu barədə Avtosfer.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Toplanışda zabitlərin müasir ümumqoşun döyüşünün aparılması üzrə nəzəri bilikləri təkmilləşdirilib, həmçinin fiziki hazırlığı qiymətləndirilib. Cari ilin növbəti tədris dövrü ərzində icra olunacaq tədbirlərlə bağlı müzakirələr aparılıb, o cümlədən toplanış iştirakçılarına metodiki tövsiyələr çatdırılıb.

"Təlim-metodiki toplanışın keçirilməsində əsas məqsəd zabitlərin idarəetmə üzrə bilik və bacarıqlarının daha da inkişaf etdirilməsi və peşəkarlıq səviyyələrinin artırılmasıdır", - məlumatda qeyd edilib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh