Banner

Azərbaycan Prezidenti İlham Əliyev Tacikistana səfərə getdi

Xəbərlər 9 Oktyabr 2025 11:53 Oxunub 330
Azərbaycan Prezidenti İlham Əliyev Tacikistana səfərə getdi
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonun dəvəti ilə MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün oktyabrın 9-da Düşənbəyə səfərə gedib.

Avtosfer.az AZƏRTAC-a istinadən xəbər verir ki, Düşənbə Beynəlxalq Aeroportunda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycan Prezidentini Tacikistan Respublikası Ali Məclisi Milli Məclisinin sədri Rüstəm Emoməli və digər rəsmi şəxslər qarşılayıblar.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh