Banner

Azərbaycan və erməni nümayəndələr Həkəri çayı üzərində görüşdü - 4 nəfər İrəvana aparıldı - FOTO

Gündəm 14 Yanvar 2026 16:41
Azərbaycan və erməni nümayəndələr Həkəri çayı üzərində görüşdü - 4 nəfər İrəvana aparıldı - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Azərbaycan Vaqif Xaçatryan, Gevorq Sucyan, David Davtyan və Vigen Eulcekcianı Ermənistana təhvil verib.

Avtosfer.az xəbər verir ki, bu barədə Ermənistan baş naziri Nikol Paşinyan sosial şəbəkə hesabında paylaşım edib.

O bildirib ki, təhvilvermə prosesi Həkəri çay üzərindəki körpüdə baş tutub.

N.Paşinyan Gevorq Sucyan, David Davtyan və Viken Eulcekcianın səhhətində problem yoxdur.

O qeyd edib ki, Vaqif Xaçatryanın səhhəti isə qənaətbəxş qiymətləndirilir, onlar İrəvana aparılırlar.

Xatırladaq ki, Davtyan David və Sucyan Gevorq casusluqda təqsirləndirilirdilər. Onlar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228 (qanunsuz silah saxlama), 276 (casusluq), 279 (qanunvericiliklə nəzərdə tutulmamış silahlı birləşmələrin və ya qrupların yaradılması), 318 (sərhədi qanunsuz keçmə) maddələri ilə ittiham olunurdular.

2021-ci il iyulun 28-də Azərbaycanda məhkəmə Davtyan və Sucyanı hər birini 15 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edib.
 

Oxunub 728
FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh