Banner

Azərbaycan və İran dəmir yolları arasında əməkdaşlığın perspektivlərinə dair müzakirələr aparılıb - FOTO

Xəbərlər 20 May 2022 23:44 Oxunub 2344
Azərbaycan və İran dəmir yolları arasında əməkdaşlığın perspektivlərinə dair müzakirələr aparılıb - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Baş nazirin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyətinin İrana səfəri çərçivəsində Tehranda “Azərbaycan Dəmir Yolları” QSC (ADY) və İran Dəmir Yollarının (RAI) rəhbərliyi arasında görüş keçirilib.

“Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibliyindən Avtosfer.az-a bildiriblər ki, görüşdə Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişaf perspektivləri, dəhlizin tərkib hissəsi olan Rəşt-Astara xəttinin tikintisi müzakirə edilib. Bununla yanaşı, İranın Astara şəhərində yük terminalının tikintisi ilə bağlı mövcud vəziyyət və bu sahədə işlərin sürətləndirilməsi barədə fikir mübadiləsi aparılıb.

pages/1616/whatsapp-image-2022-05-20-at-141422.jpeg

ŞƏRH YAZ
Ad

E-mail

Şərh