Banner

Azərbaycan və İsrail prezidentləri görüşdü - FOTOLAR

Xəbərlər 21 Yanvar 2026 13:06
Azərbaycan və İsrail prezidentləri görüşdü - FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 21-də Davosda İsrail Dövlətinin Prezidenti İsxak Hersoqla görüşüb.

Avtosfer.az xəbər verir ki, söhbət zamanı İsxak Hersoqun ölkəmizə səfərləri və dövlətimizin başçısı ilə görüşləri məmnunluqla xatırlanıb.

Azərbaycan-İsrail münasibətlərinin müxtəlif sahələrdə uğurlu inkişafı vurğulanıb. İqtisadi, ticari, enerji və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanların olduğu qeyd edilib.

Azərbaycan və İsrail prezidentləri əməkdaşlığın perspektivləri ilə bağlı məsələləri müzakirə ediblər.

 



Oxunub 180
ŞƏRH YAZ
Ad

E-mail

Şərh