Banner

Azərbaycan XİN İrana başsağlığı verdi

Xəbərlər 22 Sentyabr 2024 17:00 Oxunub 740
Azərbaycan XİN İrana başsağlığı verdi
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Cənubi Xorasan əyalətindəki Təbəs şəhərində kömür mədənində baş vermiş partlayışda ölənlərlə əlaqədar İrana başsağlığı verib.

Avtosfer.az xəbər verir ki, bu barədə XİN-in “X” hesabında paylaşım edilib.

“Xorasan əyalətində kömür mədənində baş vermiş partlayışla bağlı İran xalqına və hökumətinə, həlak olanların ailələrinə dərin hüznlə başsağlığı veririk. Xəsarət alanların tezliklə sağalmasını və bu faciəli hadisənin nəticələrinin tezliklə aradan qaldırılmasına ümid edirik”, - paylaşımda qeyd edilib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh