ABŞ Çinin elektrik avtomobil sənayesinə qarşı planlar hazırlayır

Avtodünya 2 İyul 2024 10:20 Oxunub 618
ABŞ Çinin elektrik avtomobil sənayesinə qarşı planlar hazırlayır
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Birləşmiş Ştatlar Çindən gələn elektrik avtomobillərinə qarşı “proteksionist planlar” hazırlayır, milli təhlükəsizliyin qorunması adı altında ticarət-iqtisadi sahədə problemləri həll etməyə çalışır.

Avtosfer.az xəbər verir ki, bunu Çinin Rusiyadakı səfiri Zanq Hanhui TASS-a müsahibəsində bildirib.

O qeyd edib ki, alternativ enerji mənbələrindən istifadə etməklə elektromobillərin və digər məhsulların istehsalının inkişafı və yaşıl iqtisadi transformasiya beynəlxalq ictimaiyyət tərəfindən yekdilliklə təklif olunan təşəbbüsdür:

"Son illərdə ABŞ təkcə Çindən gələn mallara deyil, həm də Asiya, Cənubi Amerika və Avropanın bir çox ölkələrinin mallarına tarifləri əhəmiyyətli dərəcədə artırıb", - diplomat idxal olunan elektrik avtomobillərinə artan tariflərin tətbiqini müzakirə edərkən qeyd edib.

Onun fikrincə, bu cür hərəkətlər qlobal “yaşıl transformasiya”nın ləngiməsi və iqlim dəyişikliyi ilə mübarizədə beynəlxalq əməkdaşlığa inamın sarsılması ilə nəticələnəcək. (Bakıvaxtı.az)

ŞƏRH YAZ
Ad

E-mail

Şərh