Banner

Azərbaycanda axtarışa verilən 63 nəfər tutuldu - KRİMİNAL XRONİKA

Xəbərlər 20 Avqust 2022 11:14 Oxunub 890
Azərbaycanda axtarışa verilən 63 nəfər tutuldu - KRİMİNAL XRONİKA
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Avqustun 19-da ölkə ərazisində qeydə alınan 57, əvvəlki dövrlərdən bağlı qalan 13 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

Daxili İşlər Nazirliyindən Avtosfer.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 63, o cümlədən borclu şəxs qismində axtarışda olan 39 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 1 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 2 nəfər isə xəsarət alıb.

Narkotiklərlə əlaqəli 18, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 3 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh