Azərbaycanda bu kanalın yayımına MƏHDUDİYYƏT QOYULDU

Bu gün Audiovizual Şuranın videoformatda iclası keçirilib.
Şuradan Avtosfer.az-a verilən xəbərə görə, iclasda "Kanal S" televiziya kanalının efirində reklam qanunvericiliyinin tələblərinin pozulması faktı müzakirə olunub.
Belə ki, regional yerüstü televiziya yayımçısı və peyk yayımı həyata keçirən platforma yayımçısı olan "Kanal S" Məhdud Məsuliyyətli Cəmiyyətinin "Kanal S" televiziya redaksiyasının efirində 25 iyun 2023-cü il tarixində saat 17.00-18.00 arası 13 dəqiqə reklam yayımının həyata keçirilməsi ilə "Reklam haqqında" Azərbaycan Respublikası Qanununun 20.7-ci maddəsinin pozulmasına yol verilib.
Azərbaycan Respublikası Audiovizual Şurası "Media haqqında" Azərbaycan Respublikası Qanununun 39.1.4-cü, 41.1.1-ci və 41.5-ci maddələrini rəhbər tutaraq "Kanal S" televiziya redaksiyasının proqramlarının yayımını 05 iyul 2023-cü il tarixdə 3 (üç) saatlıq müddətə (saat 09.00-dan saat 12.00-dək) dayandırılması barədə qərar qəbul edib.
Sabah görünüş məsafəsi məhdudlaşacaq
Niyaməddin Musayevin qızı polkovnik imiş, uzun müddət RƏİS İŞLƏYİB
Bəzi ərazilərdə velosiped zolaqları ləğv edilsin - TƏKLİF
Metronun "Memar Əcəmi" stansiyasının girişində təhlükəli vəziyyət yaranıb? - RƏSMİ AÇIQLAMA
Müslümovla Hacıyevin əmlakları satışda - 350 minlik mənzil, avtomobillər… - FOTO
Həbs edilib azadlığa buraxılan məmurun milyonluq əmlakları satışa çıxarılır - ŞOK SİYAHI
Dörd ay əvvəl tutulan şirkət rəhbəri həbsdən buraxıldı - FOTO
“İnanın mənə, bu, xoş hissdir” - Prezident sülhdən danışdı
Prezident Davosda “Euronews”a müsahibə verdi - FOTOLAR - YENİLƏNİB
Fidan Azərbaycanla bağlı sevindirici xəbəri açıqladı
Bakıda piyada zonaları ilə bağlı VACİB MƏQAM - "Bunu etməsələr, effekt verməyəcək" - FOTO











