Azərbaycanda bunu edənlər 500 manat CƏRİMƏLƏNƏCƏK

Son zamanlar sosial şəbəkələrdə heyvanların döyülməsi ilə bağlı videolarla tez-tez qarşılaşırıq. Bu videolar isə insanlar tərəfindən birmənalı qarşılanmır.
Bəs, heyvanların döyülməsinin hüquqi cəzası vamı?
Mövzu ilə bağlı Sfera.az-a danışan hüquqşünas Ramil Süleymanov bildirib ki, hüququn kökündə humanizm, mərhəmətlilik prinsipi dayanır. Onun sözlərinə görə, hüquq sahəsi bu mövzuya biganə yanaşmayıb:
“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə görə, insanların heyvanlara qarşı qəddar rəftarı, onların tələf edilməsi inzibati məsuliyyət hesab olunur. Heyvanlara zərər verən şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinn 274-cü maddəsinə görə, 500 manat məbləğində cərimə olunurlar. Eyni zamanda insanlar heyvanların zahiri görünüşlərinə müdaxilələr edirlər. Müxtəlif boyalarla boyayır, quyruğunu kəsirlər. Bu kimi hallar isə İnzibati Xətalar Məcəlləsinin 290.1.8 –ci maddəsi ilə inzibati məsuliyyət sayılır və 200 manat məbləğində cərimə ilə cəzalandırılırlar”.

Hüquqşünas bildirib ki, insanlar ev heyvanlarının digər insanların üzərinə hücum çəkməsinə şərait yaradırlar. “Belə olan halda zərərçəkmiş şəxs yüngül bədən xəsarəti alarsa heyvanın sahibi 800 manata qədər cərimə olunur”.
Prezident Davosda “Euronews”a müsahibə verdi - FOTOLAR - YENİLƏNİB
Fidan Azərbaycanla bağlı sevindirici xəbəri açıqladı
Bakıda piyada zonaları ilə bağlı VACİB MƏQAM - "Bunu etməsələr, effekt verməyəcək" - FOTO
Bakının bu rayonlarında söküntü planlaşdırılır - VİDEO
Prezident bu məmuru yüksək vəzifədən azad etdi - SƏRƏNCAM - FOTO
Azərbaycanda 6 gün qar yağacaq - XƏBƏRDARLIQ
İlham Əliyev Şuşa ilə bağlı qanunu imzaladı
"ADY" ötən il 400-ə yaxın blok-qatar qəbul etdi - FOTO - VİDEO
Azərbaycanın şimal-qərb bölgəsinə güclü qar yağır - VİDEO
Quba-Qusar yolunda son vəziyyət necədir? - VİDEO
Bu avtobuslarda gediş haqqı bahalaşdı - Sərnişinlərin DİQQƏTİNƏ!











