Azərbaycanda daha bir məktəb koronavirusa görə bağlandı VİDEO
Xəbərlər 6 Mart 2021 20:35 Oxunub 752
Azərbaycanda daha bir məktəb koronavirusa görə bağlandı  - VİDEO

Gəncə şəhərində yerləşən 37 saylı məktəb koronavirus səbəbindən dayandırılıb.

900-ə yaxın şagirdi olan təhsil müəssisəsində tədris prosesi onlayn qaydada təşkil olunub. 

Baku TV-yə bu barədə danışan Gəncə şəhər Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev bildirib ki, gələn həftə şagirdlərin əyani şəkildə məktəbə gələcəyi nəzərdə tutulub.

O da bildirilib ki, təhsil ocağında artıq bir neçə dəfə dezinfeksiya işləri aparılıb.

Məsələ ilə bağlı Baku TV-nin süjetini təqdim edirik: 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh