Azərbaycanda hava şəraiti mülayimləşib - FAKTİKİ HAVA

Fevralın 12-i saat 11:00-a olan faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Avtosfer.az-a verilən məlumata görə, ölkə ərazisində yağıntılar 11-i axşam saatlarından kəsilib, hava şəraiti mülayimləşib. Hazırda ölkə ərazisində əsasən yağmursuz hava şəraiti müşahidə olunur.
Düşən yağıntının miqdarı Neftçalada 14, Beyləqanda 5, Lənkəranda 4, Mingəçevir, Yevlax, Kürdəmir, Balakən, Zaqatalada 3, Göyçayda 2, Ordubad, Sədərək, Naxçıvan, Şərur, Naftalan, Oğuz, Zərdab, Sabirabad, eyni zamanda Abşeron yarımadasının bəzi yerlərində 1 mm olub.
Qar örtüyünün hündürlüyü Şahbuzda 49, Kəlbəcərdə 40, Laçın, Qubadlıda 33, Qaxda (Sarıbaş) 29, Biləsuvarda 23, Daşkəsəndə 19, Şuşada 15, Gədəbəydə 14, Cəlilabad, Yardımlıda 10, Xankəndidə 7, Astara, Ağdamda 6, Xocalı, Qubada 5, İmişli, Şəkidə (Kişçay) 4, Lerikdə 3, Füzulidə 2, Qəbələ, Qobustan, Xaltanda 1 sm-ə çatıb.
Naxçıvan, Daşkəsən, Gədəbəy, Şəmkir, Qax (Sarıbaş), Şəki, Qəbələ, Şamaxı, Qobustan, Quba, Göyçay, Lerikdə duman müşahidə olunur, görünüş məsafəsi 500 metrədək məhdudlaşır.
Sürücülərin DİQQƏTİNƏ: Bakının əsas yollarından birində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq - FOTO
Bakıda daha bir ərazidə söküntü başlayır - Tunel tikiləcək - VİDEO
Londondan Dehliyə uçan təyyarə Bakıda məcburi eniş etdi
Yollarda görmə məsafəsi məhdudlaşacaq
Yolda məhdudiyyət tətbiq edildi; bu küçələrdə sıxlıq yarandı
Müğənni Dəniz Əsədova hakim qarşısında - FOTO
Aqşin Fatehin restoranında saxta viski satılırmış - FOTOLAR
İlham Əliyev Əbu-Dabidəki mərasimdən görüntülər paylaşdı - VİDEO
Əliyevlə Paşinyanın geniş tərkibdə görüşü keçirilir - FOTO - VİDEO - YENİLƏNİB
İlham Əliyev müraciət ünvanladı
Onlar Bakıya buraxılmayacaq - QƏRAR










