Azərbaycanda havaya atəş açan iş adamı axtarışa verildi - VİDEO

Gədəbəy rayonunda iş adamı havaya atəş açıb.
Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
Həmin şəxs odlu silahla havaya atəş açıb və bunun görüntüləri paylaşılıb.
Məsələ barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov Avtosfer.az-a açıqlamasında bildirib ki, sosial şəbəkələrdə sözügedən videogörüntülər paylaşıldıqdan sonra dərhal Gədəbəy Rayon Polis Şöbəsində müvafiq araşdırmalar həyata keçirilib:
“Keçirilən müəyyən tədbirlər nəticəsində videodakı şəxsin Gədəbəy rayon Arıxdam kənd sakini Tural Məmmədov olması müəyyən edilib. O, hazırda ölkə xaricindədir. Hazırda həmin şəxsin istintaqa cəlb edilməsi istiqamətində işlər davam etdirilir”.
oxu.az-ın əldə etdiyi məlumata görə, həmin şəxs iş adamıdır. Hazırda onun Dubayda olduğu bildirilir.
Onlar Bakıya buraxılmayacaq - QƏRAR
Yollarda görünüş məsafəsi 800 metrədək məhdudlaşacaq
Bakıda fəaliyyət göstərən taksi Sumqayıta getsə cərimələnəcək? - VİDEO
Poti-Bakı ekspres blok-qatarı yola salındı - FOTOLAR
Kamran Əliyev Abşeronun prokurorunu işdən çıxardı - FOTO
Prezident sərancam imzaladı - Şahin Bağırovun rütbəsi artırıldı
Prezident İlham Əliyev onları təltif etdi - SƏRƏNCAM
ADY sədri gürcü həmkarı ilə görüşdü - FOTOLAR
Bakının mərkəzi prospektində AVTOBUS ZOLAĞI LƏĞV OLUNUR? - VİDEO
Yenicə vəzifə verilmişdi, işdən ÇIXARILDI
Bakının bir küçəsi bu gündən tam bağlanır - SƏBƏB - FOTO











