Azərbaycanda "İLK": Ağac budağının içərisi ilə qaz xəttinə qoşuldu - VİDEO
Xəbərlər
20 Aprel 2021 21:07
Oxunub 890
Qaz xəttinə qanunsuz müdaxilə üçün abonent heç kimin ağlına gəlməyən üsula əl atıb.
Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib. Bildirilib ki, Birliyin əməkdaşlarının bu dəfə gördüklərinə inanmaq çətindir.
Belə ki, abonent ağacın budağının içərisi ilə rezin boru yeridərək qaz xəttinə qanunsuz olaraq qoşulub.
Məlumata görə, belə bir hala Azərbaycanda ilk dəfədir rast gəlinir.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR