Banner

Saatlıda karantin qaydalarının pozulduğu 3 toy məclisi aşkarlanıb

Xəbərlər 25 Oktyabr 2021 08:54 Oxunub 2006
Saatlıda karantin qaydalarının pozulduğu 3 toy məclisi aşkarlanıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Saatlıda karantin qaydalarının pozulduğu 3 toy məclisi aşkar edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, Saatlı Rayon Polis Şöbəsinin əməkdaşlarının karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə keçirdikləri tədbirlər nəticəsində rayonun Məzrəli, Nabatkənd və Qaralar kəndlərində yerləşən 3 fərdi yaşayış evində keçirilən toy məclislərində pandemiya tələblərinin pozulduğu və normadan artıq qonağın iştirak etdiyi aşkarlanıb.

Şöbə əməkdaşları tərəfindən qaydaları pozan məclis sahibləri ilə izahedici söhbətlər aparılıb və yol verdikləri qayda pozuntularına görə onlar inzibati qaydada məsuliyyətə cəlb olunublar.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh