Azərbaycanda iyulda avtomobil yanacağının istehlakı 11%-dək azalıb - QRAFİK - FOTO
Xəbərlər
11 Avqust 2021 15:08
Oxunub 1194

2021-ci ilin yanvar-iyul aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində əhali tərəfindən 1 393,5 mln. manat məbləğində avtomobil yanacağı (avtomobil benzini və dizel) istehlak edilib.
Avtosfer.az Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə 3,1% artıb. Təkcə iyul ayında 200,9 mln. manatlıq avtomobil yanacağı alınıb ki, bu da iyun ayı ilə müqayisədə 10,9% azdır.
Qeyd edək ki, hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 6,1%-i avtomobil yanacağının alınmasına sərf olunub.

ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













