Azərbaycanda karantinlə bağlı YENİ QƏRAR: Sabahdan etibarən... - VİDEO

Artıq sabahdan "buster" doza vaksin olunmayanlar bir sıra məhdudiyyətlərlə qarşılaşacaqlar. Bununla bərabər 6 ayı tamam olmuş şəxslər 3-cü doza vaksin olunmayıblarsa, onların "peyvənd sertifikatı" etibarsız sayılacaq. Həkimlər "buster doza" vaksin olunmamağın məhdudiyyətlərlə bərabər səhhətimizdə hansı problemlərə yola aça biləcəyindən danışıblar.
Yoluxmanın 7000 mini keçməsi vəziyyətin heç də ürəkaçan omadığını göstərir.Bu halda daha kritik vəziyyətlə qarşılaşmamaq üçün "buster"dozanın vurulması mütləqdir. Bunun TƏBİB-in infeksion xəstəliklər üzrə işçi qrupunun rəhbəri Vasif Əliyev bildirib. Vasif Əliyevin sözlərinə görə virusdan qoruyan ən etibarlı vasitə üçüncü peyvənd dozasının vurulmasıdır .Peyvənd virusa yoluxmadan xilas etməsə də, xəstəliyi daha yüngül keçirməyi təmin edir deyə həkim əlavə edib. Mütəxəssis qeyd edir ki, risk qrupunda olanların peyvəndin üçüncü dozasını qəbul etməsi məsləhətdir. Belə ki, yaşlı sakinlər və yanaşı xəstəliyi olanlar özlərini yalnız bu üsulla qoruya bilərlər. Qeyd edək ki, sabah "buster" doza üzrə vaksin olunmayanların "peyvəd sertifikatı"nın etibarlılığının sonuncu günüdür. Yəni peyvəndin 2-ci dozasının üzərindən 6 aydan çox keçmiş şəxslərin "Peyvənd sertifikatı" fevralın 15-dən etibarlı hesab edilməyəcək, çünki COVID-19-a qarşı tətbiq edilən iki dozadan ibarət peyvəndin beş ay sonra virusa qarşı müqaviməti azalır. Ona görə də üçüncü doza peyvəndin vurulması üçün zərurət yaranır. Bununla bəranər "buster" doza üzrə vaksin olunmayan şəxslər ayın 15-dən sonra bir sıra məhdudiyyətlərlə qarşılaşacaqlar. Hazırda peyvəndləmə prosesi həm stasionar, həm də səyyar şəkildə davam etdirilir.













