Azərbaycanda məşhur generalın restoranı CƏRİMƏLƏNDİ - FOTO
Xəbərlər
12 Noyabr 2021 13:27
Oxunub 674

Noyabrın 10-da ölkə üzrə 402 ictimai iaşə obyektində 690 monitorinq keçirilib.
AQTA-dan Avtosfer.az-a verilən məlumata görə, keçirilən monitorinqlər zamanı 2 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələrindən biri Bakı şəhəri, Yasamal rayonu, H. Zərdabi pr., ev 20 ünvanında yerləşən, hüquqi şəxs “XS-500 Group” MMC-yə məxsus “Atlantis” restoranıdır.
Manset.az-ın əldə etdiyi məlumata görə, AQTA tərəfindən cərimələnən “Atlantis” restoranı keçmiş millət vəkili, ehtiyatda olan general-leytenant Əliağa Hüseynova məxsusdur.
Əliağa Hüseynov
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













