Azərbaycanda mobil operatorların tarifləri kəskin artırmasına RƏSMİ REAKSİYA

Son günlər ölkənin iki böyük mobil operatoru - "Azercell" və "Bakcell" tarif qiymətlərini kəskin artırıb. Bu dəyişiklik ictimaiyyət arasında narazılıqla qarşılanıb. İstifadəçilər mobil rabitə xidmətlərinin eyni vaxtda və paralel şəkildə bahalaşmasını şübhəli hesab edirlər.
Eyni zamanda vətəndaşlar bu qərarın aidiyyəti dövlət qurumları tərəfindən monitorinq olunub-olunmadığı, eləcə də gələcəkdə oxşar halların qarşısının alınması üçün hər hansı hüquqi və ya tənzimləyici dəyişikliklərin nəzərdə tutulub-tutulmadığı ilə maraqlanırlar.
Məsələ ilə bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyindən (İKTA) bildirilib ki, hazırda qüvvədə olan qanunvericiliyə əsasən, mobil operatorlar göstərdikləri sözügedən telekommunikasiya xidmətlərinin tariflərini və ödəmə qaydasını müstəqil şəkildə müəyyən edirlər və bu qiymətlər dövlət tərəfindən tənzimlənmir.
"Habelə tənzimləyici qurumlar tərəfindən normativ hüquqi aktlarla müəyyən edilmiş əsaslar olmadan təsərrüfat subyektlərinin satdığı məhsulun qiymətləri üzərində nəzarət həyata keçirilməsi qadağandır", - deyə İKTA-dan bildirilib.(oxu.az)
Prezident yeni qanun imzaladı - Xərclər qismən geri ödəniləcək
Azərbaycanda utilizasiya olunan köhnə maşınların sayı açıqlandı
İlham Əliyev Sərəncam İMZALADI
Baş nazir xüsusi karantin rejimi ilə bağlı QƏRAR VERDİ
Prezident Agentliyin hərbi qulluqçularını TƏLTİF ETDİ - SİYAHI
Yollarda görünüş məhdudlaşacaq
Yollarda duman var - Sürücülərin nəzərinə!
İlqar Hacıyevin Bakıdakı əmlakları müsadirə edildi - Siyahı
İlham Əliyev Fərman imzaladı
Paşinyan dəmiryolu daşımalarına görə İlham Əliyevə TƏŞƏKKÜR EDİB
İlham Əliyevdən diplomatik xidmətə qəbulla bağlı FƏRMAN










