Azərbaycanda ötən il 1 000-ə yaxın VAQON ƏSASLI TƏMİR edilib

2023-cü ildə Azərbaycanda 140,9 km dəmir yolu yol, müxtəlif tipli 979 ədəd vaqon, o cümlədən 758 ədəd özəl vaqon əsaslı təmir edilib.
Bu barədə Nazirlər Kabinetinin 2023-cü ildəki fəaliyyəti haqqında hesabatda bildirilir.
Bundan başqa, sənədə əsasən, ötən il 125,2 km dəmir yolunda, 1 049 vaqonda (487 ədəd özəl parka məxsus vaqon) müxtəlif növ təmir işləri aparılıb.
Əsaslı təmir edilmiş vaqonlardan 300 ədədinin (167 ədəd özəl parka məxsus vaqonun) istismar müddəti uzadılıb.
Hesabat ilində sərnişin xidmətinin əhatəsinin genişləndirilməsi məqsədilə “Stadler Rail Group” şirkəti ilə müqavilə əsasında sifariş verilmiş 10 ədəd Flirt tipli qatarlardan 4 ədədi artıq Bakıya gətirilib, Abşeron dairəvi dəmir yolu xətti üzrə iş günlərində gündəlik reys sayı 60-a çatdırılıb.
Xatırladaq ki, 2023-cü ildə dəmir yolu nəqliyyatında yükdaşımanın həcmi 2022-ci illə müqayisədə 2,6 % azalaraq 18 milyon 252,1 min ton, sərnişindaşınma sayı isə 38,4 % artaraq 7 milyon 107, 5 min nəfər olub. (“Report”)
Fidan Azərbaycanla bağlı sevindirici xəbəri açıqladı
Bakıda piyada zonaları ilə bağlı VACİB MƏQAM - "Bunu etməsələr, effekt verməyəcək" - FOTO
Bakının bu rayonlarında söküntü planlaşdırılır - VİDEO
Prezident bu məmuru yüksək vəzifədən azad etdi - SƏRƏNCAM - FOTO
Azərbaycanda 6 gün qar yağacaq - XƏBƏRDARLIQ
İlham Əliyev Şuşa ilə bağlı qanunu imzaladı
"ADY" ötən il 400-ə yaxın blok-qatar qəbul etdi - FOTO - VİDEO
Azərbaycanın şimal-qərb bölgəsinə güclü qar yağır - VİDEO
Quba-Qusar yolunda son vəziyyət necədir? - VİDEO
Bu avtobuslarda gediş haqqı bahalaşdı - Sərnişinlərin DİQQƏTİNƏ!
Prezident müşavirə keçirdi - TAM MƏTN - FOTO - YENİLƏNİB











