Banner

Azərbaycanda pasiyentə yanlış olaraq xərçəng diaqnozu qoyulub  - VİDEO

Xəbərlər 18 Noyabr 2022 00:05 Oxunub 1760
Azərbaycanda pasiyentə yanlış olaraq xərçəng diaqnozu qoyulub  - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Türkiyədə isə xəstəyə başqa diaqnoz qoyulub və o sağalıb

Bakıdakı özəl klinikalardan birində pasientə yanlış diaqnoz qoyulub.

30 yaşlı Rəşad Cəbiyevə yastı epitel karsinoma, orta dərəcəli differensasiya, yəni ağız xərçəngi olduğu deyilib.

Rəşad Cəbiyevin üst-çənə nahiyəsində problem olduğu üçün Milli Onkologiya Mərkəzindən "City Hospital"a əkilmə göndərilir. Bir həftə sonra Rəşad Cəbiyevə xərçəng xəstəliyi diaqnozu qoyulub və əməliyyat etmək istəyiblər: “Sonra anlizlərimi Bakı Patologiya Mərkəzinə təqdim etdim. Əkilmənin cavabı müsbət gəldi. Bu cavabları götürüb Türkiyəyə getdim".

Lakin Türkiyədə xəstəyə başqa cavab verilib. Məlum olub ki, onun dişinin dibi xərçəng xəstəliyi yox, texniki travmaymış. 

Rəşad deyir ki, xəbəri eşidəndə yaşlı valideynləri, ailəsi ciddi sarsıntı keçirib.

Hadisə ilə bağlı xəstənin "City Hospital"dakı həkimi Şahin Osmanov isə sorğumuza münasibət bildirməkdən imtina etdi.

Vəkil Günay Cəfərli məsələnin hüquqi tərəflərinə diqqət çəkib.

Səhiyyə Nazirliyindən isə “Xəzər Xəbər”in sorğusuna cavab olaraq bildirildi ki, vətəndaşın diaqnozunun dəqiqləşdirilməsi məqsədi ilə Səhiyyə Nazirliyinin profilə uyğun ixtisaslaşmış tibb müəssisəsində yenidən müayinənin aparılması məqsədəuyğundur. Bu da vətəndaşın Səhiyyə Nazirliyinə rəsmi müraciəti əsasında mümkündür. Bundan sonra alınan nəticəyə uyğun olaraq aidiyyəti tədbirlər görülə bilər.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh