Azərbaycanda pensiya yaşı artırılır? - RƏSMİ

Azərbaycanın pensiya sisteminin maliyyə dayanıqlılığında hər hansı risk müşahidə olunmur.
Avtosfer.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin yaydığı məlumatda bildirilib.
“Ənənəvi olaraq hər il olduğu kimi bu il də qurum fiskal orqan olaraq ölkənin ortamüddətli və uzunmüddətli dövrdə qarşılaşacağı müxtəlif sosial-iqtisadi, humanitar və fiskal riskləri öz təhlillərinə daxil edir və bu risklərin uzunmüddətli perspektivdə qarşısının alınması üçün baxışlarını təqdim edir.
Nazirlik tərəfindən dərc olunmuş “Ortamüddətli Xərclər Çərçivəsi” sənədinin orta və uzunmüddətli risklərin qiymətləndirilməsi bölməsində qeyd edildiyi kimi, hazırda ölkəmizdə ortamüddətli dövrdə fiskal dayanıqlıq, o cümlədən pensiya sisteminin maliyyə dayanıqlılığında vəziyyət qənaətbəxşdir və hər hansı risk əlamətləri müşahidə olunmur.
“Ortamüddətli Xərclər Çərçivəsi” sənədinin əhatə etdiyi 2026-2029-cu illərdə hökumətin qarşısında duran əsas və prioritet vəzifələrdən biri ölkə əhalisinin sosial rifahının yüksəldilməsi və həyat keyfiyyətinin davamlı şəkildə yaxşılaşdırılması olacaq və bu məsələ daimi nəzarətdə qalacaq”, - açıqlamada vurğulanıb.
Qeyd edək ki, bir neçə gündür Azərbaycanda pensiya yaşının artırılacağına dair məlumatlar yayılır.
Prezident yeni qanun imzaladı - Xərclər qismən geri ödəniləcək
Azərbaycanda utilizasiya olunan köhnə maşınların sayı açıqlandı
İlham Əliyev Sərəncam İMZALADI
Baş nazir xüsusi karantin rejimi ilə bağlı QƏRAR VERDİ
Prezident Agentliyin hərbi qulluqçularını TƏLTİF ETDİ - SİYAHI
Yollarda görünüş məhdudlaşacaq
Yollarda duman var - Sürücülərin nəzərinə!
İlqar Hacıyevin Bakıdakı əmlakları müsadirə edildi - Siyahı
İlham Əliyev Fərman imzaladı
Paşinyan dəmiryolu daşımalarına görə İlham Əliyevə TƏŞƏKKÜR EDİB
İlham Əliyevdən diplomatik xidmətə qəbulla bağlı FƏRMAN










