Azərbaycanda qanunsuz ov edən ərəblər ölkədən deportasiya edilib - RƏSMİ
Xəbərlər
1 Fevral 2022 16:51
Oxunub 1008

“2021 il Azərbaycanda qanunsuz ov edən 37 əcnəbi cərimələnib”.
Avtosfer.az-ın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə bildirib.
Onun sözlərinə görə, həmin şəxslərin əksəriyyəti Körfəz ölkələrindən gələnlər olub.
O qeyd edib ki, qanunsuz ov edən bir neçə əcnəbi ölkədən deportasiya edilib.
H.Əlizadə əlavə edib ki, Azərbaycan Təbiət və Ov Turizm Assosiasiyası qeydiyyatdan keçib:
“Həmin təşkilat bizimlə əməkdaşlıq edəcək. Onlardan gözləntilərimiz çoxdur”.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













