Banner

Azərbaycanda Qarabağla bağlı animasiya filmləri çəkilir - VİDEO

Xəbərlər 21 Fevral 2022 08:00 Oxunub 2640
Azərbaycanda Qarabağla bağlı animasiya filmləri çəkilir  - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Qarabağla bağlı 2 animasiya filmi hazırlanır. "Tarix" və "Qarabağ nağılı" adlı filmlərin cari ilin ilk yarısında təhvil veriləcəyi planlaşdırılır.  ''Tarix'' filminin baş qəhrəmanı qarabağın işğalı ilə barışmayan 10 yaşlı oğlandır. ''Qarabağ nağılı'' filmi isə zəfər günündə ata ilə uşağın söhbətindən bəhs edir.

Qarabağla bağlı 2 animasiya filmi çəkilir. "Tarix" və "Qarabağ nağılı" adlı filmlər cari ilin ilk yarısında təhvil veriləcək.  "Tarix" filminin rejissoru Ceyhun Türksoy deyir ki, 4 aya yaxındır animasiya filmi üzərində iş gedir.  Xronometrajı 3-4 dəqiqə olan filmin əsas qəhrəmanı Qarabağın işğalı ilə heç cür barışmayan 10 yaşlı oğlandır.  "Qarabağ nağılı" adlı filmin rejissor və ssenari müəllifi isə Firəngiz Qurbanovadır. Film zəfər günündə ata ilə uşağın söhbətindən bəhs edir. Ata övladına xeyirin şər üzərində qələbə çaldığı bir nağıl danışır.  Qeyd edək ki, ötən ilki müsabiqədə seçilən 11 film layihəsinin istehsalı tamamlanmaq üzrədir. Bunlardan cəmi 2-si animasiya filmidir. Mədəniyyət Nazirliyi bu il də müxtəlif mövzulu və metrajlı filmlərin istehsalı ilə bağlı müsabiqələr elan ediləcəyini bildirib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh