Azərbaycanda QR kodlu qəbirlər: “Bəzi sərhədləri aşıb keçməməliyik!” - VİDEO

Azərbaycanda artıq QR kodlu qəbir daşları hzırlanır.
Avtosfer.az yeni.sabah.az-a istinadən xəbər verir ki, sosial şəbəkələrdə buna dair paylaşımlar var.
QR kod çəkdirib, sonra o kodu oxudaraq vəfat edən şəxs haqqında məlumat almaq mümkün olacaq. Bu kodlar vasitəsilə ölən şəxsin fotoları, adı, soyadı, doğum və vəfat tarixləri kimi məlumatları öyrənmək mümkündür.
Məzar daşlarına QR kod çəkilişini həyata keçirən rəssam Səbuhi Quluzadə bildirib ki, həmin QR kodlar 15*15-ə ölçüdə hazırlanır və qiyməti 450 manatdır.
"Prosesin belə baha olmasının səbəbi proqramçıların video kadrları yığmasını ucuza həyata keçirməməsidir. Əgər sifarişçi bütün məlumatları özü yığıb hazır şəkildə təqdim edərsə, o zaman təkcə QR kodun qiyməti 50 manata başa gəlir", - Səbuhi Quluzadə vurğulayıb.
Mövzunu şərh edən ilahiyyatcı Ağa Hacıbəyli “Yeni Sabah”a bildirib ki, yeniliyi mənasız sayır:
“Məzarlıqlar hər insanın sonda baş vuracağı məkandır. Ora əbədi həyata keçid üçündür. Dini inanclara görə, qəbirlər axirət evimiz sayılır. İnsan oraya hazırlıqlı getməlidir. Lakin müasir dövrdə bir çox məsələlər öz dəyərini itirib və adiləşib. Hətta texnologiyanın qəbrlərimizə də təsiri olub. Oranı nə qədər toxunulmaz hesab etsək də, görünür ki, texnologiya ananın bətninə toxunduğu kimi, başımızı qoyduğumuz gorlara da toxunub”.
İlahiyyatçı qeyd edib ki, belə işlərin heç kəsə faydası yoxdur:
“Bəlkə də bunu normal qəbul edənlər var, amma ora ilə bağlı olan münasibətimiz fərqli olmalıdır. Nə qədər inkişaf etsək də, bəzi sərhədləri aşıb keçməməliyik. Doğrudur, inanclı və inancsız insanlar var. Bu gün insanların qəlbini qıran biriləri üçün vəfat edən insanların da heç bir əhəmiyyəti yoxdur. Hər halda bu sahədə təbliğat aparmalıyıq. QR kodlar da heç kəsə lazım deyil. Bu dünyada yaşayan hər bir insanın onsuz da bir izi var. Bunlar yalnız hobbidir.
Çoxunun düşüncəsi kapitalizmdir, yalnız maddiyyatı düşünür. Belə olan halda da vəfat edən insan hesabına gəlir əldə etməyə çalışırlar. Vəfat edən şəxsin toxunulmazlığı çoxlarına maraqlı olmur. Bütün bunlar heç də xoş addım deyil”.
Sürücülərin nəzərinə! - Görünüş məsafəsi məhdudlaşacaq
Televiziya əməkdaşı adı ilə pul tələb edən şəxs saxlanıldı - FOTO
Allahşükür Paşazadənin oğlu yüksək vəzifəsindən AZAD EDİLDİ
"AzParking”dən qeyri-qanuni parklanma halları ilə bağlı sürücülərə xəbərdarlıq
Polis Bakıda əməliyyat keçirdi - İşin içində İran vətəndaşı da var - VİDEO
Naxçıvan sakinlərinə ŞAD XƏBƏR - Sərəncam imzalandı
Elşad Abdullayevin onmilyonlarla manatlıq əmlakları MÜSADİRƏ EDİLDİ - SİYAHI
Sifarişli daşımalara buraxılış vəsiqəsinin verilməsi üçün tələblər sərtləşdirilir
Bu halda avtomobil cərimə meydançasından dərhal çıxarılacaq - FOTO
Bu şəxslərə “Tərəqqi” medalı verilib - SİYAHI
Fuad Nəcəfli istintaqa cəlb edildi








