Azərbaycanda sabiq rektor VƏFAT ETDİ - FOTO

1993-2000-ci illərdə Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru, 2000-2020-ci illərdə isə İstanbul Texniki Universitetində çalışan professor Rafiq Mehdiyev bugün səhər saatlarında vəfat edib.
Avtosfer.az xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb.
R.Mehdiyev 300-dən çox elmi əsərin, 15-ə yaxın ixtiranın müəllifi olan alimin son ixtiralarından biri maye qazla işləyən dizel quruluşlu mühərrikdir və bu ixtira Türkiyədə böyük uğur qazanıb.
Həmçinin, o, qardaş ölkədə çalışdığı dövrdə müdafiə sənayesi quruculuğunda yaxından iştirak edib.
Alimin bir sıra ixtiraları bəzi Qərb dövlətlərində, o cümlədən İngiltərə, İtaliya, Almaniya, eləcə də Rusiya və Yaponiyada patentləşdirilib. Yetişdirdiyi 20-dən artıq alimin arasında ABŞ, Almaniya, Hindistan, İraq, Polşa və Ukrayna vətəndaşları da var.
Rafiq İsrafil oğlu Mehdiyev 5 dekabr 1936-cı ildə Cəbrayıl şəhərində anadan olub. 1958-ci ildə o zamankı Azərbaycan Politexnik İnstitutunun (indiki Texniki Universitet) mexanika fakültəsini bitirib, 1964-cü ildə namizədlik, 1981-ci ildə doktorluq dissertasiyasını müdafiə edib.
Keçmiş rektor üçün səhər 11 radələrində Göy Məsciddə cənazə namazı qılınıb, Badamdar qəbirstanlığında dəfn edilib.

Bir icra başçısı işdən çıxardı, digəri vəzifə verdi - FOTO
Bu obyektlərə hüquqi mühafizə verilməyəcək - Prezident təsdiqlədi
Azərbaycanda yeni təqaüd təsis olundu - FƏRMAN
Müdafiə nazirinin yanındakı general kimdir? - DOSYE - FOTO
Bu yolda sürət həddi bərpa edildi
Quba-Xınalıq yolunda avtomobillərin hərəkəti qismən bərpa olundu - YENİLƏNİB
NİİM işıqforlarla bağlı hərəkət iştirakçılarına müraciət etdi - FOTOLAR
Azərbaycan neftinin qiyməti rekord həddə bahalaşdı - SON RƏQƏM
Bu yolda sürət həddi endirildi - FOTO
Sürücülərin NƏZƏRİNƏ: Bəzi yollarda duman olacaq
Bakıda yaşayanlara VACİB XƏBƏR! - Bu gündən etibarən...










