Azərbaycandan Gürcüstana keçən avtomobildən 200 kiloqram heroin AŞKAR EDİLDİ

İrandan Gürcüstana keçən avtomobildən 200 kiloqram heroin müsadirə edilib.
Avtosfer.az "Report"a istinadən xəbər verir ki, Gürcüstan Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polisi və Patrul Polisi Departamentlərinin əməkdaşları, Maliyyə Nazirliyinin İstintaq Xidməti və Gəlirlər Xidmətinin Gömrük Departamenti ilə birlikdə xüsusilə külli miqdarda - 200 kiloqram heroini müsadirə ediblər.
Müsadirə olunan narkotiklərin "qara bazar"dakı dəyəri 50 milyon dolları ötür.
DİN-də keçirilən brifinqdə bildirilib ki, hadisə ilə bağlı İran İslam Respublikasının vətəndaşı, 1989-cu il təvəllüdlü M.B. saxlanılıb.
"Hüquq-mühafizə orqanları təqsirləndirilənin idarə etdiyi, "balıq yemi" ilə yüklənmiş yük avtomobilindən 8 ədəd çanta içərisində 200 kiloqram heroin aşkar edərək götürüb. Əldə olunan sübutlar göstərir ki, avtomobil İrandan Azərbaycana, oradan isə Gürcüstana "Qırmızı Körpü" sərhəd-keçid məntəqəsindən keçib", - brifinqdə bildirilib.
Daxili İşlər Nazirliyinin məlumatına görə, cinayətdə əli olduğu iddia edilən digər şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunması üçün istintaq davam edir.
"Faktla bağlı Cinayət Məcəlləsinin 260-cı maddəsinin 3-cü hissəsinin "a" bəndi və 20 ilədək və ya ömürlük azadlıqdan məhrum etməni nəzərdə tutan 262-ci maddəsinin 4-cü hissəsinin "a" bəndi ilə istintaq aparılır", - daxili işlər nazirinin müavini Aleksandre Daraxvelidze qeyd edib.
Bu şəxslərə “Tərəqqi” medalı verilib - SİYAHI
Fuad Nəcəfli istintaqa cəlb edildi
Prezidentdən Naxçıvanla bağlı SƏRƏNCAM: Bir neçə quruma göstəriş verildi
Bakıda limuzinlər üçün parklanma problemi: Ödəniş necə hesablanmalıdır? - FOTO
Prezident fərman imzaladı: Bu qurumlar birləşdirilir – TAM SİYAHI
Hikmət Hacıyev: Vardanyanla bağlı məhkəmə qərarı 30 illik münaqişənin məntiqi yekunudur
Restoranlar müştərilərin telefonlarının şarj edilməsinə görə ödəniş istəyir? - VİDEO
Aeroport yolunda yeni nəzarət sistemi qurulur - Hərəkət məhdudlaşdırılacaq - VİDEO
Naxçıvandan TRIPP marşrutuna qoşulacaq dəmir yollarında görülən işlərin SON GÖRÜNTÜLƏRİ - VİDEO
"İdrak" liseyində şagirdi tərəfindən güllələnən müəllimədən XƏBƏR VAR
İki icra başçısı cəzalandırıldı; birinə töhmət, birinə xəbərdarlıq









